image-n1karobka_ads
image-ads_n1karobka_mobile
image-bahar_m_1773334613backend

Bahar Muradova kimin gəlinidir? — Baldızı da əməkdar artistdir   

image-add-a-heading

Oxu24.com mühüm vəzifə tutan şəxslər barədə maraqlı faktları təqdim etməkdə davam edir.

Bu dəfə bəhs edəcəyimiz şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə bağlıdır.

Oxu24.com-un məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mingəçevir şəhərinin ilk sakinlərindən və qurucularından hesab olunan Şahvələd İsmayıl oğlu Quliyevin gəlinidir.

Məlumata əsasən, Şahvələd Quliyev 1912-ci ildə Ağdamın Novruzlu kəndində anadan olub.

O, sonradan Mingəçevir şəhərinə köçərək burada müxtəlif məsul vəzifələrdə çalışıb və şəhərin formalaşması, inkişafı prosesində fəal iştirak edib. Bu səbəbdən o, Mingəçevirin ilk sakinlərindən və qurucularından biri kimi xatırlanır.

Şahvələd Quliyev 1991-ci ildə vəfat edib və Mingəçevir şəhərində yerləşən Əli qəbiristanlığında dəfn olunub.

Şahvələd Quliyevin ailəsi də ölkənin ictimai-mədəni həyatında tanınan simalar yetişdirib. Onun qızı, Azərbaycan teatr səhnəsində tanınmış aktrisa Şəlalə Quliyeva 1977-ci ildə Mingəçevir şəhərində anadan olub. O, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərir və 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

image-shelalequliyeva_1773334820

Qeyd edək ki, Bahar Muradova Azərbaycan siyasətində uzun illər fəaliyyət göstərib. O, 2005–2019-cu illərdə Milli Məclisin sədr müavini olub, 2020-ci ildən isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edir.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki