“Hürriyyət”in redaksiyasına müraciət edən Sumqayıt Dram Teatrının aktyoru Elmir Mehdiyevin şikayəti “Bakcell” mobil şəbəkəsindəndir. Aktyorun dediyinə görə, internet paketinin yenilənməyinə bir neçə gün qalmış (paket hər ayın 26-da yenilənir-red.) kontur bitdiyinə görə telefonuna 10 manat məbləğində kontur yükləyib və dərhal konturların çıxılaraq internet paketinin yeniləndiyini müşahidə edib. Bakcell”in müştəri xidmətlərinə zəng vurub bunun səbəbini soruşduqda, paket bitmədən kontur y üklədiyini səbəb gətiriblər.
İstifadəçi bununla razılaşmadığını, hər kəsin istədiyi vaxt telefonuna problemsiz kontur yüklədiyini bildirəndə, qısaca “sizdə belə olur” cavabını alıb.
Elmir Mehdiyevin sözlərinə görə, sözügedən problemlə ilk dəfə qarşılaşmır.
Qeyd edək ki, bu redaksiyamıza “Bakcell” şirkəti ilə bağlı edilən ilk müraciət deyil. İstifadəçilər vaxtaşırı “Bakcell” operatorundan şikayət edirlər.Runa
DOĞRU.AZ