image-n1karobka_ads
image-123
image-metro_311024_091730369780backend

Bakı Metropoliteninə 300-dək yeni vaqon alına bilər – FOTO

image-add-a-heading

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov ilə “Stadler Rail Group”un sədri Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Doğru.az xəbər verir ki, görüşdə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görüləcək işlər, eləcə də minimum istismar xərcləri ilə 300-dək yeni vaqonun alınması müzakirə olunub. Layihələrin Beynəlxalq Maliyyə İnstitutlarının dəstəyi ilə həyata keçirilməsinin məqsədəuyğunluğu vurğulanıb.

Həmçinin, hərəkətin idarə olunması üçün müasir işarəvermə sistemləri (CBTC) üzrə Bakı metrosunda yaradılacaq imkanlar müzakirə olunub. Cari ilin sonunda bu istiqamətdə tenderin elan edilməsi, prosesin isə 2028–2030-cu illəri əhatə etməsi planlaşdırılır.

Peter Şpuler “Stadler”in müxtəlif ölkələrdəki layihə və yeni texnologiya təcrübələrini Bakı Metropoliteni ilə paylaşmağa hazır olduqlarını bildirib.

DOĞRU.AZ

image-img-20260123-wa0264

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki