image-n1karobka_ads
image-123
image-17516141206536754316_1200x630backend

Bakıda avarçəkmə yarışı keçiriləcək

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.

AKAF-dan Doğru.az-a verilən məlumata görə, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.

Reqlamentə əsasən, açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və 1 nəfərlik kanoe qayığında 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Avarçəkənlər 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik kanoe qayığında da çempionluq uğrunda yarışacaqlar.

Qeyd edək ki, Bakı çempionatı iyulun 11-də təşkil olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki