Doğru.az xəbər verir ki, sərgidə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, İttifaqıa üzv ölkələrin Azərbaycandakı səfirləri və digər rəsmi şəxslər iştirak edir.
Aİ-nin ölkəmizdəki Nümayəndəliyinin təşəbbüsü ilə təşkil edilən tədbirin açılışında çıxış edən səfir Mixalko Avropada təhsilə azərbaycanlı gənclərin böyük maraq göstərməsini alqışladığını bildirib.
“Avropa İttifaqının dünya səviyyəli tədris qurumları və tədqiqat proqramları ilə bol olan təhsil sahəsinə dərindən maraq göstərən gəncləri sərgidə görməyimizə çox şadıq. Bu səpgidə olan tədbiri artıq ikinci ildir ki, Aİ Nümayəndəliyi və Aİ ölkələrinin Azərbaycandakı səfirliklərinin dəstəyi ilə keçiririk. Şübhəsiz ki, geniş biliklər əldə etmək üçün yeni təhsil almaq çox vacibdir.
Aİ ilə Azərbaycan arasında möhkəm əməkdaşlığın bağlarından biri də təhsil sahəsindəki əlaqələrdir. Azərbaycanlılar Avropada təhsil alır və avropalı tələbələr də Azərbaycanın təhsil müəssisələrində təhsil alır, yeni biliklərə yiyələnir. Sizlər üçün böyük və geniş imkanlar təqdim edirik.
Avropa hüdudları daxilində 1800 ali təhsil ocağı sizlərə yeni biliklər verməyə daim hazırdır. Təhsil aldıqdan sonra isə ölkənizin inkişafı istiqamətində görülən işlərdə yaxından iştirak etmək üçün yeni qapılar açılır. Avropa İttifaqında mühəndislik, elm, konstruksiya quruluşu və informasiya texnologiyaları sahələrində rəqabətdə üstün texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir və Azərbaycan olan tələbələri bu imkanları mənimsəməyə dəvət edirik”, – deyə diplomat vurğulayıb.
Səfir hər kəsi Avropada təhsil almağa, Erasmus proqramı çərçivəsində təkcə bir ölkədə deyil, bir sıra Avropa ölkələrində biliklərə yiyələnmə və təcrübələr əldə etməklə yanaşı, Avropanı kəşf etmək üçün səyahətə çağırıb: “Ümid edirəm ki, özünüzün və ölkənizin gələcəyi barədə qərar verib yaradılan imkanlardan istifadə edəcəksiniz”.
Qeyd edək ki, “Avropada təhsil” sərgisi “Avropa bacarıqlar ili” təşəbbüsü çərçivəsində baş tutan silsilə tədbirlərdən biridir. Avropa İttifaqı, yüksək məvacibli və ixtisaslı işlər naminə müvafiq bacarıqlara yiyələnmək istiqamətində insanlara yardımçı olmaq, həmçinin bacarıqlar sahəsində çatışmazlıqların aradan qaldırılmasında şirkətlərə dəstək olmaq məqsədilə 2023-cü ili “Avropa bacarıqlar ili” elan edib.
DOĞRU.AZ



