image-ads_n1karobka_mobile
image-17283017794518828135_1200x630backend

Bakıda qazanxanada baş vermiş partlayışla bağlı araşdırma aparılır

Oktyabrın 7-də saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami Rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı həmin ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 kvadratmetr olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verməsi nəticəsində 2 nəfərin xəsarət alması müəyyən olunub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki