image-2000x150px
image-123
image-ads_atlas
image-1backend

Bakıda təşkil olunacaq MINEPS VII-nin Təşkilat Komitəsinin ilk iclası keçirildi – FOTO

image-728x90px

Bu il iyunun 26-dan 29-dək Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçiriləcək.

Mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev martın 11-də “Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Gənclər və İdman Nazirliyinin yaydığı məlumata görə, bu gün tədbirə hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib. Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri Fərid Qayıbov iclası açaraq üzvləri salamlayıb və əvvəlcə tədbirin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, 150-dən çox ölkənin idman nazirləri səviyyəsində iştirak edəcəyi MINEPS VII UNESCO-nun idman sahəsi ilə bağlı beynəlxalq konfransıdır.

Ötən ay Parisdə, UNESCO-nun qərargahında 100-dək ölkənin iştirakı ilə ilk təqdimatın baş tutduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, hazırlıq işləri ilə bağlı Təşkilat Komitəsi nəzdində işçi qrup fəaliyyət göstərir və tədbirin yüksək səviyyədə təşkili üçün bütün məsələlər müvafiq sahələrə məsul qurumlarla koordinasiya olunur.

İclasda MINEPS VII hazırlıq işləri barədə təqdimat dinlənilib və Təşkilat Komitəsinin üzvü olan aidiyyəti qurumların təmsilçiləri ilə müzakirələr aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki