Doğru.az xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 və COP30 sədrliyinin birgə təşəbbüsü ilə Bakıda işə salınan “Bakıdan Belemə 1,3 trilyon dollara” Yol Xəritəsi üzrə yenilənməni təqdim edib.
Bu barədə xəbər COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşılıb.
Bildirilib ki, COP29 Sədrliyinin nümayəndə heyəti hazırda Braziliyada keçirilən Pre-COP30 tədbirində iştirak edir.
“COP29 və COP30 sədrliyinin rəhbərləri bütün maraqlı tərəflərlə apardıqları məsləhətləşmələr prosesinin inklüziv xarakterini vurğulayıblar. Onlar qeyd ediblər ki, bu Yol xəritəsi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsinin 2035-ci ilədək azı 1,3 trilyon dollara çatdırılmasına yönəlmiş praktik addımları özündə ehtiva edir”, – deyə məlumatda vurğulanıb.
DOĞRU.AZ