image-n1karobka_ads
image-123
image-17166450001645924297_1200x630backend

Bakının 549 küçəsi yuyulub – FOTO

Mayın 25-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə təmizlik və abadlıqla bağlı növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Doğru.az-a bildiriblər ki, səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 549 əsas küçə, prospekt və məhəllədaxili yollarının yuyucu maddələrlə yuyulması təmin edilib, eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, xeyli sayda rəngbərəng güllər əkilib.

Qeyd edək ki, paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.

DOĞRU.AZ

image-17166450001032623666_1200x630 image-1716645000590042959_1200x630 image-17166450004497515426_1200x630 image-17166450004836332635_1200x630 image-1716645000428640634_1200x630 image-17166450005004261620_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki