Bakının bir sıra əsas magistral və küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata əsasən, hazırda sıxlıq aşağıdakı istiqamətlərdə qeydə alınıb:
Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində.
Sürücülərə alternativ yollar seçmək və yol hərəkəti qaydalarına riayət etmək tövsiyə olunur.
DOĞRU.AZ































