image-2000x150px
image-123
image-ads_atlas
image-1682487211_2016-12-28-21-58-05dem-qazibackend

Bakının iki rayonunda qaz olmayacaq

image-728x90px

Bu gün Bakının Binəqədi və Xətai rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrində yaşayış sahələrinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi, deformasiyaya uğramış qaz xətlərinin təmiri, həmçinin Xətai rayonunun Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə mayın 10-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrinin bir hissəsinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki