image-ads_n1karobka_mobile
image-rrr-1backend

Bakının mərkəzində GÜCLÜ YANĞIN

Bakının Nəriman Nərimanov rayonunda yerləşən yaşayış binasında yanğın baş verib.

Doğru.az xəbər verir ki, hadisə çoxmərtəbəli binada qeydə alınıb. Əraziyə dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikaları cəlb olunub.

Hazırda yanğının lokallaşdırılması və alovun digər mənzillərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Hadisənin başvermə səbəbləri araşdırılır.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki