Bakının mərkəzində yerləşən Səbail rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.
Doğru.az xəbər verir ki, hadisə İslam Səfərli küçəsində baş verib. Əraziyə dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.
İlkin məlumata görə, alov yaşayış binasında başlayıb. Yanğının qısa müddətdə genişlənmə ehtimalı nəzərə alınaraq ətraf ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub, sakinlərin təxliyəsinə başlanılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğının səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumatın veriləcəyi gözlənilir.
DOĞRU.AZ

























