image-2000x150px
image-123
image-ads_atlas
image-17166307644779317085_1200x630backend

Baş nazir Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb – FOTO

image-728x90px

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 25-də İtaliya Ali Kassasiya Məhkəməsinin Baş prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Doğru.az-a bildiriblər ki, görüşdə Azərbaycan-İtaliya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Səfər çərçivəsində imzalanmış Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə İtaliya Respublikasının Ali Kassasiya Məhkəməsi yanında Baş Prokurorluğu arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin Azərbaycan-İtaliya əlaqələrinin ticari-iqtisadi və bir çox digər istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

DOĞRU.AZ

image-17166307641134116894_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki