image-n1karobka_ads
image-123
image-1748356623591829432_1200x630backend

Baş nazir Əli Əsədov Misir Senatının sədri ilə görüşüb

Mayın 27-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Misir arasında münasibətlərin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etməsi məmnunluqla qeyd edilib. Tərəflər dövlət başçılarının müntəzəm görüşlərinin və dialoqunun ikitərəfli əlaqələrin daha da dərinləşməsində və möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin tarixində yeni mərhələnin əsasını qoyduğu xüsusi qeyd olunub.

Söhbət zamanı həmçinin parlamentlərarası münasibətlərin rolu önə çəkilib, qanunverici orqanlar səviyyəsində əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə yüksək qiymətləndirilib.

Tərəflər Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki