image-n1karobka_ads
image-123
image-17479901256027440103_1200x630backend

Baş prokuror BMT Baş katibinin müavini ilə Vyanada görüşüb – FOTO

Vyana şəhərində səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) icraçı direktoru Qada Vali ilə ikitərəfli görüş keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə BMT arasında formalaşmış yüksək səviyyəli münasibətlər və BMTNCİ ilə hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq xüsusi məmnunluqla vurğulanıb. Qeyd olunub ki, Bakıda və Vyanada keçirilən birgə sessiyalar bu tərəfdaşlığın möhkəmlənməsinə, cinayətkarlığa qarşı mübarizədə isə yeni yanaşmaların formalaşmasına mühüm töhfə verib.

Qada Vali, GLOBE Şəbəkəsinin Bakıda keçirilmiş 6-cı Plenar iclasının uğurla təşkilinə görə Baş prokuror Kamran Əliyevi təbrik edib və göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. O, tədbirin korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın dərinləşməsinə, yeni tərəfdaşlıqların qurulmasına və BMT-nin dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına xidmət etdiyini bildirib.

Baş prokuror Kamran Əliyev GLOBE Şəbəkəsinin Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin iclas iştirakçılarına ünvanladığı müraciət bu tədbirin ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bir daha sübut edir.

Görüşdə Orta Dəhliz boyunca hüquq-mühafizə sahəsində əməkdaşlığın gücləndirilməsi, cinayətkarlığa qarşı regional səylərin əlaqələndirilməsi və Mərkəzi Asiya – Cənubi Qafqaz üzrə Dövlətlərarası Əməkdaşlıq Şəbəkəsi çərçivəsində mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, eyni zamanda, COP30 Konfransı ərəfəsində ekoloji cinayətlərə qarşı mübarizə və ətraf mühitin mühafizəsi sahəsində birgə təşəbbüslərin mümkünlüyünü də müzakirə ediblər.

Sonda, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret fəaliyyət planlarının hazırlanması barədə razılıq əldə olunub.

Qeyd edək ki, görüşdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli də iştirak edib.

DOĞRU.AZ

image-17479901254072044816_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki