image-2000x150px
image-123
image-ads_atlas
image-17138808104715161022_1200x630backend

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib – FOTO

image-728x90px

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları vətəndaşların qəbulunu daim diqqətdə saxlamaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görürlər.

Baş Prokurorluğun mətbuat xidmətindən  Doğru.az-a verilən məlumata görə, aprelin 23-də Baş prokuror Kamran Əliyev Sabunçu Rayon Prokurorluğunun inzibati binasında Bakı şəhərinin Sabunçu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 116 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabeli prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

DOĞRU.AZ

image-17138808104846344664_1200x630 image-17138808105507155190_1200x630 image-17138808104715161022_1200x630 image-17138808105980856062_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki