Azərbaycan Respublikası Baş Prokurorluğu prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən ali hüquq təhsilli şəxslər üçün sənədlərin elektron qaydada qəbulunu davam etdirir.
Doğru.az xəbər verir ki, bu, Prezidentin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən həyata keçirilir. Müsabiqə 2025-ci il aprelin 15-də elan edilib.
Müsabiqənin ilkin mərhələsi olan test imtahanında aşağıdakı normativ-hüquqi aktlardan istifadə olunacaq:
Azərbaycan Respublikasının Konstitusiyası
“Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunu
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya
Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Mülki, Mülki-Prosessual və Əmək Məcəllələri
“Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlar
“Korrupsiyaya qarşı mübarizə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar
Əlavə məlumat üçün (012) 437-28-56, (012) 361-00-78, (012) 361-00-79 və (012) 361-00-80 nömrələrinə müraciət etmək olar.
DOĞRU.AZ