2026-cı ilin yanvar-mart aylarında 10 nəfər Azərbaycan vətəndaşı Ermənistana turist kimi səfər edib.
Doğru.az xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsinin nəşrində yazılıb.
“Diqqətçəkən məqam odur ki, onlar Ermənistanda orta hesabla 38 gün keçiriblər. 2025-ci ildə Azərbaycan vətəndaşları Ermənistana səfər etməyiblər. Bu ilin fevralında isə Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistana gəliblər. Söhbət həmin proqram çərçivəsində Ermənistana səfər edənlərdən gedir, amma qəribə olan odur ki, Milli Statistika Komitəsinin məlumatına görə, onlar Ermənistanda 38 gün qalıblar”, – erməni mediası yazıb./globalinfo
DOĞRU.AZ

























