image-n1karobka_ads
image-123
image-68299c1702e8bd5f7c78ebb3backend

Başqırdıstanda zavodda baş verən partlayışın qurbanı reanimasiyada ölüb

Başqırdıstanın Salavat şəhərindəki zavodda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan biri reanimasiyada dünyasını dəyişib, Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi bildirib.

“Salavatda baş verən hadisədə ağır yanıq xəsarətləri alan 51 yaşlı kişi təəssüf ki, bu gün səhər saatlarında reanimasiyada dünyasını dəyişib”, – deyə məlumatda bildirilir.

Mayın 16-da Sveça parafin emalı zavodunda qaz-hava qarışığının partlaması baş verib.

Təcili yardım nəticəsində 3 nəfər reanimasiyaya yerləşdirilib , bir nəfərin cəsədi dağıntılar altında qalıb . Hadisə ilə bağlı cinayət işi açılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki