Amerika prezidenti Co Bayden ABŞ-da NATO sammiti çərçivəsində Vladimir Zelenski və Böyük Britaniyanın yeni baş naziri Key Starmerlə görüşlər keçirəcək.
TASS xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
Kirbi qeyd edib ki, bu, Baydenin Starmerlə ilk görüşü olacaq.
Bundan əvvəl Kirbi bildirmişdi ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya hücumlarına məhdudiyyətləri aradan qaldırmağı planlaşdırmır.
Mənbə TASS