Son həftələrdə Ukrayna Rusiyanın hərbi təchizatının logistikasını pozmaq məqsədilə Krıma zərbələrini artırdı, lakin Vaşinqtondakı rəsmilər belə bir strategiyaya şübhə ilə yanaşırlar.
Bu barədə CNN məlumat yayıb.
Nəşrin yazdığına görə, bir sıra hərbçilər və prezident Co Bayden administrasiyasının rəsmiləri yarımadaya hücumları diqqəti yayındırmaq və hərbi resursları israf etmək cəhdi kimi qiymətləndirirlər.
“Bu, rusları bir az tarazlıqdan çıxardı, amma həlledici heç nə etmir. Və yəqin ki, hamı üçün daha yaxşı olardı ki, onlar sadəcə əks-hücum əməliyyatına fokuslansalar”, – ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi CNN-ə bildirib.
İyulun 17-nə keçən gecə Krımın rəhbəri Sergey Aksyonov bildirib ki, Krım körpüsündə “Krasnodar diyarından 145-ci dəstək zonasında fövqəladə hadisə baş verib”.
Mənbə: Sözcü