image-2000x150px
image-123
image-ads_atlas
image-2023-08-22t004724z_721309059_rc2is2a3ocs0_rtrmadp_3_hawaii-wildfiresbackend

Bayden deyir ki, o, 2004-cü ildə yanğında az qala həyat yoldaşını, avtomobilini və pişiyini itirib

image-728x90px

Maui adasındakı şiddətli yanğınlardan sonra gəldiyi Havayda çıxış edən ABŞ prezidenti Co Bayden yerli sakinlərə deyib ki, 15 ildən çox əvvəl evində baş verən yanğında az qala həyat yoldaşını, avtomobilini və pişiyini itirəcəkmiş.

Baydenin sözlərinə görə, ildırım evi vurub və naqilləri zədələyib. Nəticədə, prezidentin dediyinə görə, o, az qala həyat yoldaşı Cillini, 1967-ci ildə istehsal olunmuş Corvette və bir pişiyi itirəcək.

Maraqlıdır ki, 2004-cü ildə Amerika mediasının nəşrlərində ildırımdan yanğın zamanı senator Baydenin evinə demək olar ki, ziyan dəymədiyi bildirilirdi. Belə ki, yanğın yalnız evin mətbəxini əhatə edib. Səhhətinə təsir etməyən Baydenin həyat yoldaşı yanğınsöndürənləri tək çağırıb. Yanğın 20 dəqiqə ərzində nəzarətə götürülüb.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden vətəndaşları Kaliforniyada gözlənilən Hillari tropik qasırğasını ciddi qəbul etməyə və federal və yerli rəsmiləri dinləməyə çağırıb.

Mənbə: haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki