ABŞ prezidenti Co Bayden ona sual vermək istəyən jurnalistlərin Ağ Evdən çıxarılmasını təbəssümlə izləyib.
Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Nəşr mayın 12-də Amerikanın 46-cı lideri və media işçiləri ilə insidenti əks etdirən video yayıb.
Videoda Baydenin İspaniyanın baş naziri Pedro Sançeslə görüşü başa çatdıqda jurnalistlərin ona sual vermək istədiklərini necə səssizcə izlədiyini görə bilərsiniz. Mətbuat işçiləri növbəti miqrasiya böhranı ilə əlaqədar ABŞ-ın cənub sərhəddində baş verən “xaos” mövzusunu gündəmə gətirməyə çalışıblar.
Lakin daha sonra jurnalistlər Oval Ofisdən qovulduqda Baydenin üzündə istehzalı bir təbəssüm göründü.
“Bayden bir dəqiqədən çox sükutla oturdu, gülümsədi və hətta güldü” dedi Fox News.
Mənbə: A Haber
Doğru.az