image-2000x150px
image-123
image-ads_atlas
image-1652244684_baydenbackend

Bayden Kiyevə yeni hərbi yardım paketini təsdiqləyib

image-728x90px

ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinə yeni hərbi yardım paketini təsdiqlədiyini açıqlayıb.

Reuters xəbər verir ki, bu barədə o, Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlardan sonra bildirib.

“Bu gün mən Amerikanın Ukraynaya müdafiə yardımının yeni tranşını təsdiq edirəm, bura daha çox artilleriya, mərmi və tank əleyhinə silahlar daxildir”, – Amerika lideri bildirib.

Bayden aydınlaşdırdı ki, yeni hərbi yardım paketinə ikinci Hawk hava hücumundan müdafiə batareyası da daxil olacaq. Bundan əlavə, onun sözlərinə görə, qış boyu belə vəsait hər ay Kiyevə göndəriləcək. ABŞ prezidenti əlavə edib ki, tranşa həmçinin buraxılış qurğuları və ələ keçirmə sistemləri də daxil olacaq.

Mənbə: Reuters

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki