ABŞ-ın keçmiş prezidenti Co Baydenin səlahiyyət müddətinin ortalarında uzun illər işlədiyi köməkçilərinin adlarını unutmağa başladığı iddia olunur.
Doğru.az xəbər verir ki, bu barədə “The New York Post” jurnalistlər Aleks Tompson və Ceyk Tapperin tezliklə nəşr olunacaq “Orijinal Günah” adlı kitabından sitat gətirərək məlumat yayıb.
Kitabda qeyd edilir ki, Bayden bir çox qanunvericilərin, xarici liderlərin və hətta ən yaxın komanda üzvlərinin adlarını xatırlamaqda çətinlik çəkib. Adları unudulan şəxslər arasında onun uzunmüddətli əməkdaşı – keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, həmçinin vitse-prezidentin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Keyt Bedinqfild də var.
Bundan əvvəl də Co Baydenin koqnitiv qabiliyyətlərində zəifləmə olduğuna dair məlumatlar yayılmış və köməkçilərinin bu vəziyyəti ictimaiyyətdən gizlətməyə çalışdığı bildirilmişdi.
Yeni kitabın yayımlanması ilə bu iddiaların yenidən gündəmə gələcəyi gözlənilir.
DOĞRU.AZ