ABŞ prezidenti Co Bayden oğlunun biznesində iştirakı ilə bağlı məlumatı həqiqətə uyğun olmayan adlandırıb.
Bu barədə TASS Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, Bayden ABŞ-ın vitse-prezidenti postunu tutarkən dəfələrlə oğlunun biznes tərəfdaşları ilə danışıqlarda iştirak etdiyini deyən Devon Arçerin Konqresdəki çıxışını belə şərh edib.
“Bilirdim ki, murdar sualınız olacaq. Çünki bu, doğru deyil” Bayden cavab verdi.
Bundan əvvəl “The New York Post” 2023-cü ilin iyulunda Ağ Evdə aşkar edilmiş kokain paketinin ABŞ prezidenti Co Baydenin ailə üzvlərinə yaxın şəxsə məxsus olduğunu yazmışdı.
Mənbə: TASS