image-ads_n1karobka_mobile
image-2023-05-05t164405z_1116101763_rc2bs0az09xy_rtrmadp_3_usa-biden-pic_32ratio_900x600-900x600-12705backend

Bayden QUAD sammitinin yerini dəyişdirdiyinə görə üzr istəyib

ABŞ prezidenti Co Bayden Avstraliya, Hindistan, ABŞ və Yaponiya arasında Xirosimada keçirilən Dördtərəfli Təhlükəsizlik Dialoqu QUAD sammitinin açılışında əvvəlcə Avstraliya ərazisində keçirilməsi nəzərdə tutulan tədbirin planlarında dəyişikliklərə görə üzr istəyib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Bayden açılış nitqində “Bir daha yaxın əməkdaşlığınıza və dostluğunuza görə sizə təşəkkür etmək istərdim və planlardakı dəyişikliyə görə bir daha üzr istəyirəm” deyib.

Mənbə: RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki