image-2000x150px
image-123
image-ads_atlas
image-q6r2kvfipnkhtvihgtyfo3zn6uhsyaqcbackend

Bayden və Makron Cənubi Qafqazda sülhü dəstəklədiklərini bəyan ediblər

image-728x90px

ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasının tərəfdarı olduqlarını bildiriblər.

Bu barədə ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron Parisdə danışıqların yekunlarına dair birgə bəyanatlarında bildiriblər.

Qeyd olunub ki, region xalqlarının rifahı naminə ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyirlər.

Xatırladaq ki, Co Bayden və Emmanuel Makron iyunun 8-də Parisdə danışıqlar aparıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki