ABŞ prezidenti Co Baydenin oğlu Hunter ABŞ Prokurorluğu ilə razılaşmanın bir hissəsi olaraq üç ittiham üzrə özünü təqsirli bilib.
Bu barədə CNN məlumat yayıb.
KİV-in məlumatına görə, kiçik Bayden iki vergi cinayətində və silah saxlamaqda günahını etiraf edib.
Bundan əvvəl Arizonadan olan deputat Endi Biqs Respublikaçılar Partiyasının ABŞ-ın keçmiş prezidenti Donald Trampı müdafiə etməli və Amerika lideri Co Bayden və oğlunu mühakimə etməli olduğunu bildirmişdi. Biggs vurğulayıb ki, “Ədliyyə Departamenti çılğınlaşıb və alətə çevrilib”.
Mənbə: Haber Global

























