image-n1karobka_ads
image-123
image-17523116906002111887_1200x630backend

“Bayer Leverkusen” ABŞ millisinin üzvünü rekord məbləğə transfer edib

image-ad_qayo_720x110px

Bundesliqanın son mövsümünü ikinci pillədə başa vuran “Bayer Leverkusen” hücum xəttini gücləndirmək məqsədilə ABŞ millisinin üzvü Malik Tillmanı heyətinə cəlb edib.

Doğru.az xəbər verir ki, Almaniyanın “Kicker” nəşri futbolçunun transferi üçün Leverkuzen klubunun “PSV Eindhoven”ə 35 milyon avro ödədiyini yazıb. Bu məbləğ klub tarixində indiyə qədər gerçəkləşən ən bahalı transferdir.

23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. Tillman ötən mövsüm “PSV” ilə Niderland çempionu olub və 34 oyunda 16 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Karyerasına “Bavariya”nın gənclər komandasında başlayan futbolçu sonradan “Qlazqo Reyncers” və “PSV” klublarında icarə əsasında çıxış edib. O, 2023-cü ilin yayında 12 milyon avroya “PSV” tərəfindən transfer olunmuşdu.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki