image-2000x150px
image-123
image-ads_atlas
image-jeyun_bayramov_gorush_220922_1backend

Bayramov üç ölkənin XİN rəhbəri ilə görüşdü – FOTO

image-728x90px

Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Monqolustanın xarici işlər naziri Battsetseq Batmunx, Suriya Ərəb Respublikasının xarici işlər və xaricdə yaşayan suriyalılar üzrə naziri Fayssal Mekdad, Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Omar Huruse ilə görüşlər keçirib.

XİN-dən  bildirilib ki, görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət və əməkdaşlıq, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və qarşıdan gələn planlar barədə həmkarlarını məlumatlandırıb.

Qarşı tərəf Azərbaycanla həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsi niyyətində olduqlarını bildirdilər.

Daha sonra, digər qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki