Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Maksim Rıjenkov Polşanın “Zapad-2025” təlimləri ilə bağlı respublika ilə sərhədi bağlamaq qərarını xalq əleyhinə addım adlandırıb.
Doğru.az xəbər verir ki, nazirin sözlərinə görə, bu qərar ilk növbədə adi insanların səfərlərinə mənfi təsir göstərir və Polşanın imicinə zərər vurur.
Xatırladaq ki, Polşanın baş naziri Donald Tusk “Qərb-2025” Rusiya-Belarus hərbi təlimləri ilə əlaqədar Belarusla sərhədin bağlandığını bəyan edib. Polşanın daxili işlər naziri Marçin Kervinski isə bu addımı müvəqqəti tədbir adlandırıb.
Belarus tərəfi sərhədlərin bağlanmasına etirazını rəsmi şəkildə bildirib.
DOĞRU.AZ