image-n1karobka_ads
image-123
image-1736931536-1047538586_0_205_3276backend

Belarusda ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı qərar açıqlanacaq

image-ad_qayo_720x110px

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, sentyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinlə Belarusda ikinci atom elektrik stansiyasının inşası ilə bağlı qərar veriləcək.

Doğru.az xəbər verir ki, Lukaşenko bu barədə Moskvada keçirilən Qlobal Atom Forumunda çıxışı zamanı danışıb.

“Biz birlikdə atom elektrik stansiyası yaratdıq, ən qabaqcıl layihəni həyata keçirdik. Açığı, mən Vladimir Vladimiroviçlə sabah məsləhətləşəcəyik, Belarus Respublikasında ikinci AES-in tikintisi ilə bağlı müzakirələr aparacağıq və qərar qəbul edəcəyik”, – Lukaşenko deyib.

Xatırladaq ki, daha əvvəl Putin nüvə enerjisinin getdikcə daha çox ölkə üçün inkişafda həyati mənbə kimi dəyərləndirildiyini vurğulamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki