Rusiyanın müdafiə naziri Andrey Belousov Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar ilə görüşərək Liviyadakı vəziyyəti və ikitərəfli müdafiə əməkdaşlığını müzakirə edib.
“Danışıqlar zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlığın cari məsələləri, eləcə də Liviyadakı ümumi vəziyyət müzakirə edilib”, – Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Hər iki tərəf Yaxın Şərq regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədilə hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsini davam etdirməyə hazır olduqlarını bildiriblər.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara ilə danışıqlar aparıb.
DOĞRU.AZ