İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ailəsi 20-yə yaxın qadını – siyasətçinin təşkil etdiyi “bunqa-bunqa” adlı erotik partiyaların keçmiş iştirakçıları olan mülkündən çıxarmaq niyyətindədir.
Bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, bu qadınlar eks-baş nazirin keçirdiyi partiyalarla bağlı qalmaqal nəticəsində yaranan məhkəmə proseslərində iştirak ediblər. Onların bir çoxu reputasiyalarına dəyən ziyanı kompensasiya etmək üçün aylıq 2500 avro maaş alıblar. Noyabrın 3-də Reuters öz mənbələrinə istinadən xəbər verib ki, Berluskoninin qohumları qadınlara pul ödəməyi dayandırıb.
Berluskoninin villasındakı “bunqa-bunqa” məclisləri ilk dəfə 2010-cu ildə o, şəxsən polis şöbəsinə zəng edərək bir neçə min avro dəyərində bilərzik oğurladığına görə saxlanılan uşaq rəqqasə Karima El Mahrouqun azadlığa buraxılmasını xahiş etdikdə məlum olub. Siyasətçi polisə bildirib ki, 17 yaşlı qız Misir prezidenti Hüsnü Mübarəkin qardaşı qızıdır.
Mənbə: A Haber