image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240513-wa0079backend

Beynəlxalq qonaqlar “ASAN xidmət”də – FOTO

image-728x90px

Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbərliyi və Laos Xalq Demokratik Respublikasının nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.

Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və Dövlət Agentliyi tərəfindən dövlət xidmətləri və sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.

Laos tərəfi ilə keçirilən görüş zamanı “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair ilkin razılığa gəlinib.

Nümayəndə heyətləri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

DOĞRU.AZ

image-img-20240513-wa0076 image-img-20240513-wa0078 image-img-20240513-wa0077

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki