image-ads_n1karobka_mobile
image-30-pic_32ratio_900x600-900x600-63970backend

Bill Qeytsin Xi Jinping ilə görüşündən foto dərc edilib

“Microsoft”un yaradıcısı Bill Qeyts və Çin prezidenti Si Cinpin 2019-cu ildən bəri ilk dəfə Pekində üz-üzə görüşüblər.

“The New York Times” qəzetinin yazdığına görə, Çin lideri milyarderin gəlişi ilə bağlı müsbət fikirlər səsləndirib.

“Bu il Pekində tanış olduğum ilk Amerika dostum” dedi. NYT-yə görə, Xi həmçinin inkişaf etməkdə olan ölkələrə kömək etmək üçün Geyts xeyriyyə təşkilatı ilə əlaqələri gücləndirmək istədiyini söylədi.

Çinin Sinxua Xəbər Agentliyi də görüşdən foto dərc edib. Qeytsin Çinə səfəri ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə səfəri ilə eyni vaxta düşüb.

Xi 2022-ci ilin dekabrında koronavirus pandemiyası ilə əlaqədar Çinə qoyulan uzunmüddətli məhdudiyyətləri aradan qaldırdıqdan sonra bir sıra ABŞ-ın biznes liderləri Çinə səfər edir. Tesla-nın baş direktoru İlon Mask və Apple-ın baş direktoru Tim Kuk da onların arasındadır. Bununla belə, nə Mask, nə də Kuk Xi ilə şəxsən görüşməyib.

Mənbə: Haber Global


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki