image-n1karobka_ads
image-123
image-33f13217-7e8c-39ad-bbcc-2b6f625f8e9a_850backend

Bir qrup xarici jurnalist Ağdama və Füzuliyə səfər edəcək

image-ad_qayo_720x110px

Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdam və Füzuli rayonlarına, eləcə də Şuşa şəhərinə səfər edəcəklər.

Səfərdə 30-dan çox jurnalist iştirak edəcək.

Bu gün xarici mətbuat nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonunu ziyarət edəcək, burada ərazilərin minalardan təmizlənməsi prosesi ilə tanış olacaq, habelə işğal zamanı dağıdılmış mülki obyektlərə, dini və mədəni-tarixi abidələrə, o cümlədən “İmarət” kompleksinə, Şəhidlər xiyabanına və Dram teatrına baş çəkəcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki