“Birbank” müştəriləri üçün yaz mövsümünə özəl kampaniya təqdim olunur. 15-29 aprel tarixlərini əhatə edən kampaniya çərçivəsində “Birbank Visa” taksit kartı sahibləri onlayn ödənişlərə əlavə keşbek qazanmaq imkanı əldə edəcəklər.
Kampaniya müddətində “Birbank Visa” taksit kartı ilə edilən 50 manat və daha yüksək məbləğdə bütün onlayn ödənişlərə əlavə 5 faiz keşbek təqdim olunur. Kampaniya çərçivəsində qazanıla biləcək maksimum əlavə keşbek məbləği isə 30 manat təşkil edir.
Kampaniya şərtləri haqqında ətraflı məlumat üçün: https://b-b.az/oek
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Birbank,” 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holdinq”ə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
DOĞRU.AZ