image-n1karobka_ads
image-123
image-68accd9aae5ac93baa72c3a9backend

Bitcoin 110 min dollardan aşağı düşdü

image-ad_qayo_720x110px

Bitcoinin qiyməti 9 iyul 2025-ci ildən bəri ilk dəfə 110 min dollardan aşağı enib.

Doğru.az xəbər verir ki, Binance platformasının məlumatına görə, BTC bu gün 108,951 dollaradək geriləyib. Hazırda isə təxminən 110,200 dollar civarında ticarət olunur.

Qiymətin enməsinə əsas səbəb kimi iri investorların (“whale”) böyük həcmdə satış həyata keçirməsi və spot ETF-lərdən kapital çıxışı göstərilir. Analitiklər bildirirlər ki, Bitcoinin daha da aşağı – 105 min dollaradək geriləmə riski qalır.

Xatırladaq ki, may ayında Cryptorg-un baş analitiki Andrey Podolyan Bitcoin məzənnəsinin tarixi maksimumda olduğunu açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki