image-n1karobka_ads
image-123
image-rya8zys7uuchenowcsh8y1q1tgfpqiefaac79hbe_1200backend

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib – FOTO

image-ad_qayo_720x110px

Aprelin 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən çoxmərtəbəli binaları əhatə edən, 1400-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Doğru.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində Leyla Əliyeva IDEA könüllüləri ilə birlikdə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim olunub.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi yenidən qurulmuş növbəti həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun sahəsi salınıb. Eyni zamanda, həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 170 ədəd müxtəlif növ ağac və 3100-dən çox mövsümü gül, eləcə də kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi 2017-ci ildən etibarən icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 157 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin “qaynar xətt”i “1113” və ya e-mail ünvanına (info@ideacampaign.org) göndərməyiniz xahiş olunur.

DOĞRU.AZ

image-jh1rhnj5ls7ekk9k6zjy7z5szm3nwilw6lmucw6a_640 image-ydf9xkniawz7ncra9mz4oclg2slplpp4qqbp9b9q_640 image-sglmo6sihz8zhpevorpzdfnnpclfdvt92aon7nvq_640 image-aroexebnojvwrh06hsxmoe6gnjqauypaoehz97s1_640 image-zuvwjdj1cxru2irlsec57zscw1n9gxo5plvwvhv8_640 image-s6lk4bgdgg2s4cw9oyjgkkqu4bupujbse7vbvq3c_640 image-rokxspafgz9uk8t0dmeekydymomhtqva7zxsjmrb_640 image-s71wuagk4hoveaezv3405csfd70a0pznz8kwlfos_640 image-e93gmhzaddl5li4ospomhivyk7ejb9y5jmp1vsna_640 image-jg4kapm0rzx71pngh7ft24tegkyfiad5j6fz4jca_640 image-qkfodfbhxohbkq8vv9krqort986dbqlj4zqshfq5_640 image-zgfiatwni38hwdlal87zc834brfauhwqgrunqlju_640 image-kbior0sgdxsryqkmofsblbutex71j313cwgatafc_640 image-anxlkbtrpqegz9wcemdvdtq1zlqcg7rza763mo0y_640 image-df4cdj3hdmpp3cyzp0it1dveke7itmfc43phzff0_640 image-fkazulbsgqor5pfz6wp6ed9zlg2svkieo5af6wqi_640 image-jqiirb0ycrpofavnh1x1rowciblppogixkbnd9fu_640 image-6djupcvxumgnwm8bjj6syalwkttkye3ukw5deuf7_640 image-zb1u7b60rvmo05n3u2quk1jy5qbn1y21f4r3pgkd_640 image-tkuvgeobcbktt1p4jgpujkqg1zw2o7us0mxk5kk7_640 image-zglrjlqbdvhijvlsd6ycuubompoihcogezk8qysj_640 image-mezdpvvno0wy5orcmuity0l96lncyybvobkn4ze4_640 image-s5yiip3rxgrktzbq6tt7cimwbficf97n0qpowom7_640 image-kawgwzlis24erepmsdsel9quljljwqlkktezhjgk_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki