ABŞ dövlət katibi Entoni Blinken daha əvvəl Çin prezidenti Si Cinpini diktator adlandıran ABŞ lideri Co Baydenin sözlərini təkzib etməyib.
TASS xəbər verir ki, o, bu barədə CNN televiziya şirkətinin efirində bildirib.
“Söhbət Çinə gəldikdə, tamamilə aydındır ki, biz onların bəyənmədiklərini söyləyəcəyik və edəcəyik, onlar isə bizim bəyənmədiyimiz şeyi edəcəklər və deyəcəklər. Prezident açıq danışır, birbaşa danışır. Mən 20 ildən artıqdır ki, onun yanında işləyirəm və o, hamımızı təmsil edir”.
Amerika lideri daha əvvəl bildirmişdi ki, Si Cinpinin hava şarının insidentinə dair bütün məlumatı yoxdur və bu səbəbdən o, “çox üzülür”, çünki bu, “diktatorlar üçün böyük biabırçılıqdır”.
Mənbə: TASS

























