image-ads_n1karobka_mobile
image-1-pic_32ratio_900x600-900x600-64216backend

Blinken Çinə səfəri zamanı Xi Jinping ilə görüşəcək

ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri çərçivəsində bazar ertəsi Pekində Çin prezidenti Si Cinpinlə görüşməsi planlaşdırılır.

Doğru.az xəbər verir ki, bu barədə “Reuters” Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bir gün əvvəl Blinken Çinin xarici işlər naziri Qin Gang ilə görüşüb.

ABŞ dövlət katibinin Çinə bu səfəri son beş ildə ilk səfərdir.

Mənbə: Reuters


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki