image-n1karobka_ads
image-123
image-68275017ae5ac93120205f7dbackend

BMT Baş Katibliyi Ukraynada sülh səylərini alqışlayır

BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib ki, BMT Moskva və Kiyev arasında sülhə nail olmaq səylərini alqışlayır.

“Biz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa, Baş Assambleya və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülhə nail olmaq üçün bütün səyləri alqışlayırıq”, – deyə RİA Novosti onun sözlərindən sitat gətirib.

Daha əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan etmişdi ki, danışıqların yekununda Rusiya və Ukrayna tərəfləri atəşkəs rejiminin yaradılması ilə bağlı təkliflərini ətraflı müzakirə etmək barədə razılığa gəliblər.

O, həmçinin vurğulayıb ki, Rusiya Ukrayna ilə birbaşa danışıqların nəticələrindən razıdır və danışıqlar prosesini davam etdirməyə hazırdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki