BMT Qəzza zolağı və İordan çayının qərb sahili üçün təxminən 100 milyon dollar humanitar yardım toplaya bilib.
TASS bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinə istinadən xəbər verir.
Ofisin bildirdiyinə görə, hazırda dünya təşkilatına üzv ölkələr Qəzza zolağı və İordan çayının qərb sahili sakinlərinin humanitar ehtiyaclarını ödəmək üçün 100 milyon dollara yaxın vəsaitin ayrıldığını elan ediblər. Bu, tələb olunan 294 milyon dollar tələbin 34%-ni təşkil edir.
Mənbə: TASS