image-ads_n1karobka_mobile
image-fotojet-2023-08-15t095144-553-1backend

BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı vəziyyətin müzakirəsi məqsədilə iclas keçirəcək.

Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəliyi öz saytında məlumat verib.

Saytda dərc olunan müvafiq bildirişə əsasən, iclas avqustun 16-da, yerli vaxtla saat 15:00-da keçiriləcək.

İclasda Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edəcəklər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki