Koreya, İsrailin sentyabrın 11-də Qətərə hücumu fonunda BMT Təhlükəsizlik Şurasının iclasının təxirə salındığını təsdiqləyib.
Doğru.az xəbər verir ki, RİA Novostinin məlumatına görə, Koreyanın BMT-dəki daimi nümayəndəliyi açıqlama yayaraq bildirib: “Təhlükəsizlik Şurası Qətərin xahişi ilə “Yaxın Şərqdə vəziyyət” mövzusunda bugünkü fövqəladə brifinqi sabah günortaya təxirə salıb”.
Xatırladaq ki, Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani İsrailin hücumunu beynəlxalq terrorizm adlandırıb. Eyni zamanda, ölkənin əmiri Təmim bin Həməd Əl Tani beynəlxalq ictimaiyyəti Dohaya endirilən zərbələrin cəzalandırılması üçün hüquqi məsuliyyət daşımağa çağırıb.
ABŞ-ın sabiq prezidenti Donald Tramp isə İsrailin Qətər ərazisinə endirdiyi zərbədən təəssüf hissi keçirdiyini bildirib.
DOĞRU.AZ