image-2000x150px
image-123
image-ads_atlas
image-dfghjklbackend

Bölgələrdən Türkiyəyə yardım davam edir – VİDEO

image-728x90px

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərər çəkənlərə ölkəmizin hər yerindən ümumxalq yardımı davam edir.

Bərdə, Qax və Daşkəsən rayonları da qardaş ölkəyə yardım aksiyasına qoşulub.

Bərdədən göndərilən humanitar yardım İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhərində təyin olunmuş məntəqəyə gətirilib. Yardımlar qida məhsulları, yataq dəstləri, isti geyimlər, generatorlar, qızdırıcılardan ibarət olub.

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun sözlərinə görə, yardımın içərisində 14 tona yaxın ərzaq məhsulları var.

Daha ətraflı süjetdə:

Digər bölgələr kimi, Salyan və Neftçala rayonu, eləcə də Sumqayıt şəhəri də qardaş ölkəyə yardım aksiyasına qoşulub.

Neftçala və Salyandan zəlzələdən zərərçəkənlərə ümumilikdə 25 tonluq yardım yola salınıb.

Sumqayıt sakinləri isə ilk günlərdən kampaniyada fəal iştirak ediblər. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovun sözlərinə görə, zəlzələdən zərər çəkmiş bölgələrə göndərilməsi nəzərdə tutulan 22 konteyner evin ilkin olaraq 4-ü, həmçinin 230 min manat dəyərində humanitar yardım Sumqayıtdan birbaşa Türkiyəyə yola salınıb.

Humanitar yardım kampaniyasına ölkəmizin digər bölgələri kimi, Qusar rayonu da qoşulub.

Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən kampaniya çərçivəsində ümumilikdə 104 min manatlıq yardım yığılıb.

Toplanan yardımlar xüsusi ayrılmış nəqliyyat vasitəsilə Bakıya yola salınıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki