image-2000x150px
image-123
image-ads_atlas
image-17157839356149651737_1200x630backend

Bolqarıstan mətbuatı: İşğal nəticəsində Azərbaycana 50 milyard dollardan çox ziyan vurulub

image-728x90px

Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaların hüquqi əsasları Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Ölkəmizin Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məlumatlarda Azərbaycanın BMT-nin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulduğu ciddi şəkildə əsaslandırılır. Ermənistanın 30 illik hərbi işğalı zamanı bütün mülki binaların, xəstəxanaların, məktəblərin, mədəniyyət və tarixi abidələrin, dini abidə və qəbiristanlıqların tamamilə dağıdıldığı və Azərbaycana 50 milyard ABŞ dollarından artıq ziyan vurulduğu oxucuların diqqətinə çatdırılıb.

Bolqarıstan mətbuatında, həmçinin Ermənistan tərəfindən işğal altında olmuş torpaqlarda Azərbaycan toponim adlarının dəyişdirilməsi yolu ilə onların etnik mənsubiyyətinə dair izlərin məhvi siyasətinin həyata keçirildiyi qeyd olunub.

Eyni zamanda, işğal dövründə Ermənistanın Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni istismar etdiyi və ətraf mühitə ciddi ziyan vurduğu diqqətə çatdırılır. Bundan əlavə Ermənistanın azərbaycanlılara qarşı irqçi təbliğat apararaq etnik ədavəti alovlandırması və təhsil müəssisələrində, habelə ictimai və sosial mediada anti-Azərbaycan nifaq ritorikasını təşviq etdiyi vurğulanır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki